Modern.az

İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

Aktual

21 Fevral 2024, 11:36

Amerikalı milyarder, “SpaceX” kompaniyasının qurucusu və “X” sosial şəbəkəsinin sahibi İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

 

Modern.az “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, amerikalı sahibkarın mükafata namizədliyini irəli sürən norveçli deputat Marius Nilsen bunu İlon Maskın cəmiyyətdə həyatın yaxşılaşdırılmasına töhfə verən texnologiya şirkətləri qurduğu ilə əsaslandırıb.

 

Nobel Sülh Mükafatının qalibi oktyabr ayında elan olunacaq.

 

Qeyd edək ki, bundan öncə ABŞ-ın sabiq prezidenti Donald Tramp və NATO-nun Baş katibi Yens Stoltenberq də ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşmasına yönələn “İbrahim Sazişi”nin imzalanmasına kömək etdikləri üçün bu mükafata namizəd irəli sürülüblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər