Modern.az

Goranboyda sakinlərin mənzil şəraiti yaxşılaşdırılır - FOTO

Goranboyda sakinlərin mənzil şəraiti yaxşılaşdırılır - FOTO

Aktual

21 Fevral 2024, 12:12

Goranboy rayonunda  sakinlərin  mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata  keçirilən əsaslı işlər  davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu məqsədlə, hazırda Aşağı Ağcakənd qəsəbəsində 16 mənzilli  2 yaşayış binası əsaslı  təmir olunur, dam örtükləri dəyişdirilir.

 

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, aparılan işlərlə yerində tanış oldu, sakinlərlə görüşdü, onların sosial qayğıları ilə maraqlandı. İcra Başçısı aparılan işlərin keyfiyyətlə və  müvafiq tikinti normalarına uyğun həyata keçirilməsi, gələcəkdə binaların elektrik enerjisi, təbii qaz, su, rabitə və kanalizasiya xəttləri ilə təmin olunması ilə bağlı göstəriş və tövsiyyələrini bildirdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər