Modern.az

Azərbaycan kommunistlərindən Navalnının ölümünə REAKSİYA

Azərbaycan kommunistlərindən Navalnının ölümünə REAKSİYA

Aktual

24 Fevral 2024, 15:40

Bir müddət əvvəl Rusiyanın əsas müxalif simalarından olan Aleksey Navalnı həbsxanada dünyasını dəyişib. Onun ölümü ilə bağlı Qərbdə müxtəlif fikirlər səsləndirilir. Navalnının öldürüldüyü iddia edilir.

Kreml isə onun təbii səbəblərdən dünyasını dəyişdiyini qeyd edib.

Maraqlıdır, Azərbaycan kommunistləri Navalnı olayı ilə bağlı nə düşünür?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib ki, Qərb dairələrinin Navalnını böyük fiqur kimi təqdim etməsi yersizdir:

“Əlbəttə, dünyasını dəyişən hər kəs üçün Allahdan rəhmət diləyirlər. Lakin düşünmürəm ki, Navalnı Rusiyada qarşıdan gələn prezident seçkiləri üçün təhlükəli bir fiqur idi. Navalnının dünyasını dəyişməsi ilə bağlı Qərb mətbuatının xəbərləri ilə mən tanışam. İrəli sürülən məlumatları tamamilə yersiz və əsassız hesab edirəm. Qərb dairələrinin Rusiya ilə bağlı mövqeyi aydındır. Navalnının böyük bir fiqur kimi gündəmə gətirilməsini əbul etmirəm. Müxalifətdə olan hər hansı bir insan dünyasını dəyişirsə, buna siyasi don geyindirməyin daşıdığı məqsədi başa düşə bilmirəm".

R.Qurbanov Navalnının ölümünün adi insanölümündən fərqlənmədiyini söyləyib:

"Nəzərə alaq ki, Aleksey Navalnı partiya sədri deyildi, heç bir quruma rəhbərlik etmirdi. O, sadəcə etiraz kampaniyalarının rəhbərlərindən biri idi. Navalnı Rusiya, Putin və daha samballı partiya liderləri üçün nə təhlükə yarada bilərdi?.. Ona görə də Navalnının ölümü adi insanın ölümündən fərqlənmir. Onun xüsusi tapşırıqla öldürülməsi fikrilə razı deyiləm. 19 il həbsə məhkum edilmiş şəxsin seçkilərdə hansı təhlükəsindən danışmaq olar".

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər