Modern.az

“Vətənə qayıtmağa heç ümidim yox idi" - Kamil Zeynallı

“Vətənə qayıtmağa heç ümidim yox idi

Aktual

22 Fevral 2024, 09:04

“Vətənə qayıtmağa heç ümidim yox idi. Məni MDB ölkələri üzrə axtarışa veriblər və bu quruma üzv dövlətlərə gedə bilmərəm”.

 

Modern.az xəbər verir ki, bunu Moskvadan Bakıya qayıdan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı deyib.

 

O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Heydər Əliyev Fonduna, Prezidentin köməkçisi Anar Ələkbərova minnətdaram. Ailəmlə mütəmadi əlaqə saxlanılırdı. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və səfir Polad Bülbüloğlu başda olmaqla Rusiyadakı səfirliyimizin bütün işçilərinə təşəkkür edirəm. Onlar səhərə kimi yatmayıblar”. (Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir