Modern.az

Bu fondun Naxçıvan filialı yaradıldı

Bu fondun Naxçıvan filialı yaradıldı

Aktual

22 Fevral 2024, 12:40

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Fonddan Modern.az-a bildiriblər ki, iclasda müzakirə olunan digər məsələlərlə yanaşı, Ulu Öndər Heydər Əliyevin “Azərbaycançılıq” və vahid Azərbaycan gəncliyi prinsipindən çıxış edərək Gənclər Fondunun Naxçıvan Muxtar Respublikasında filialının yaradılması qərara alınıb.

 

Beləliklə, Gənclər Fondu tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətlərə Naxçıvanda yaşayan gənclərin əlçatanlığının artırılması və fond tərəfindən reallaşdırılan layihələrdə onların daha fəal iştiraklarının təmin edilməsi üçün mühüm addım atılıb.

 

Eyni zamanda bildirək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamı ilə fevralın 21-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu publik hüquqi şəxsi ləğv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər