Modern.az

Keçmiş məhkumda tapança aşkarlandı

Keçmiş məhkumda tapança aşkarlandı

Aktual

23 Fevral 2024, 10:13

Keçmiş məhkumda tapança aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.

 

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər