Modern.az

Narkomaniya əleyhinə maarifləndirmə...

Narkomaniya əleyhinə maarifləndirmə...

Aktual

23 Fevral 2024, 09:01

Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis mayoru Anar İbrahimov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik – leytenant Nəbi Nəcəfov, Yasamal rayon Polis İdarəsinin Veteranlar Şurasının Sədri Xanlar Ağayev, Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, “Miqrasiya sahəsinin inkişafı” İctimai Birliyin Sədri Vidadi Fətullayev və məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Məktəbin direktor səlahiyyətlərini icra edən Rəna Hüseynova çıxış edərək tədbirin məqsədindən, ölkə prezidentinin narkomaniya ilə mübarizədə gordüyü tədbirlərdən, gənclərə xüsusi qayğısından danışıb. Qeyd edib ki, müasir gənclərimiz “bizim milli-mənəvi dəyərlərimizə sadiq , yad təsirdən uzaq, bilikli, savadlı, vətənpərvər insan” olmalıdırlar.

Polis mayoru Anar İbrahimov çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə nümunələr əsasında ətraflı məlumat verib.

Vidadi Fətullayev çıxışında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Nəbi Nəcəfov gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürüb, müəllimlərə, məktəblilərə müəyyən tövsiyələr verib.

Sonda qonaqlar məktəb şagirdlərini maraqlandıran sualları cavablandırıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər