Modern.az

Ermənistan əsir və itkinlərinin sayını AÇIQLADI

Ermənistan əsir və itkinlərinin sayını AÇIQLADI

Aktual

23 Fevral 2024, 12:36

Ermənistan tərəfi Azərbaycanda saxlanılan erməni əsirlərin sayı barədə məlumat açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin 2023-cü il üçün (2021-2026-cı illər) dövlət proqramının icrasının gedişi və nəticələri haqqında hesabatda bildirilib.
 

Qeyd edilib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçrilən antitteror tədbirləri zamanı 16 nəfər Azərbaycana əsir düşüb.


Ermənistan Nazirlər Kabinetinə görə, hazırda Azərbaycan tərəfində 23 nəfər saxlanılır.


Rəsmi İrəvanın iddiasına görə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən indiyədək Ermənistandan və Qarabağdan olan 215 erməni itkin düşüb və onların taleyi naməlum olaraq qalır. 

Ermənistan Nazirlər Kabinetinin hesabatına görə, Birinci Qarabağ müharibəsi nəticəsində 777 erməni itkin düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər