Modern.az

Ağalıda Şərqi Zəngəzur Regional Məşğulluq şöbəsi AÇILDI

Ağalıda Şərqi Zəngəzur Regional Məşğulluq şöbəsi AÇILDI

Aktual

23 Fevral 2024, 13:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təminatı sahəsində tədbirləri davam etdirir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, əhalinin məşğulluq xidmətlərinə əlçatanlığının təmini məqsədilə Zəngilan rayonunun Ağalı kəndində agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının xidmət şöbəsi istifadəyə verilib.

 

Xidmət şöbəsində məşğulluq xidmətləri ilə bağlı müraciət edən sakinlərin qeydiyyatı aparılaraq, onların məşğulluq imkanları qiymətləndirilir. Fərdi məşğulluq proqramları tərtib edilməklə sakinlərin aktiv məşğulluq proqramlarına cəlb olunması, habelə onlara karyera məsləhəti xidmətlərinin göstərilməsi işləri aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi