Modern.az

Prezidentə təbriklər gəlməkdə davam edir

Prezidentə təbriklər gəlməkdə davam edir

Aktual

23 Fevral 2024, 14:00

İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti Saad Xan  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi təbrik edib.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

 

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

 

On üzvü olan İqtisadi Əməkdaşlıq Təşkilatının ixtisaslaşmış agentliyi - Mədəniyyət İnstitutu Sizin liderliyinizi və Azərbaycan xalqına xidmətlərinizi yüksək qiymətləndirir. İnanırıq ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcəkdir.

 

Azərbaycan təşkilatımızın üzvü olan ölkələrin inkişafına və inteqrasiyasına mühüm töhfə verir. Biz inanırıq ki, Azərbaycanın dəstəyi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında mədəni mübadilənin və əməkdaşlığın təşviqində kollektiv səylərimizi əhəmiyyətli dərəcədə gücləndirəcək.

 

Seçkilərdə inamlı qələbəniz münasibətilə Sizə bir daha səmimi təbriklərimi çatdırır, qarşıdakı illərdə də Azərbaycan hökuməti ilə sıx əməkdaşlığımıza ümidvarıq.

 

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edin".

 

Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stitt təbrikində qeyd edib:

 

"Hörmətli Prezident Əliyev.

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

 

Oklahoma ştatı ilə Azərbaycan arasındakı Milli Qvardiya Dövlət Tərəfdaşlıq Proqramının uğurunu böyük qürur hissi ilə qeyd edirəm. Güclü əlaqələrimiz və iyirmi ildən artıqdır ki, birgə həyata keçirdiyimiz əməkdaşlıq təşəbbüslərimiz xüsusilə də mədəni dəyərlərin təbliğində və hərbçilərimizin bacarıqlarının artırılmasında mühüm irəliləyişlərə gətirib çıxarıb. Əməkdaşlığımızı daha da dərinləşdirmək və qarşılıqlı inkişafı təşviq etmək yolunda bundan sonra da birgə fəaliyyət göstərəcəyimizə ümid edirəm.

 

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi