Modern.az

KİV: Azərbaycan Hindistanın Ermənistana verdiyi silahları məhv edə bilər

KİV: Azərbaycan Hindistanın Ermənistana verdiyi silahları məhv edə bilər

Aktual

23 Fevral 2024, 14:20

Hindistanın Ermənistana verdiyi silahın texniki xarakteristikasını Azərbaycan tərəfi çox yaxşı bilir.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya hərbi mənbə məlumat verib.


Məndə bildirib ki, Dehlinin Ermənistana verdiyi hərbi texnika heç Hindistanın özündə belə sınaqdan keçməyib.

 

“Görünür, Hindistan Ermənistanı hərbi poliqon kimi görür və öz hərbi texnikasını orada sınaqdan keçirmək istəyir. Bu silahların qüvvələr nisbətinə təsiri sıfırdır. Azərbaycan çox qısa vaxt ərzində bu silahları və ümumilikdə Hindistanın hərbi sənayesinin reputasiyasını məhv edə bilər”, - deyə hərbi mənbə bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi