Modern.az

Azay Quliyev ATƏT-də 7 fevral seçkilərindən DANIŞDI

Azay Quliyev ATƏT-də 7 fevral seçkilərindən DANIŞDI

Aktual

23 Fevral 2024, 15:36

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü qış sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib. 

 

Modern.az xəbər verir ki, çıxışı zamanı o, təşkilatın rəhbəri Pia Kauma və baş katib Roberto Montellaya Azərbaycanın dəvətindən sonra 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etdiklərinə görə təşəkkür edib.

 

A.Quliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Azərbaycanın konstitusiya-hüquqi bazasına uyğun olaraq bütün ölkə ərazisində 125 seçki dairəsi, o cümlədən bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi üzrə seçkilər keçirilib.

 

“30 ildən artıqdır ki, öz doğma yurdlarında səsvermə hüququndan məhrum olmuş minlərlə keçmiş məcburi köçkün yeni şəraitdə seçkilərdə iştirak edə bilib. Fürsətdən istifadə edərək, ATƏT-in qısamüddətli müşahidə missiyasının Xüsusi Koordinatoru və rəhbəri qismində Azərbaycanın Qarabağ İqtisadi rayonunun bu yaxınlarda işğaldan azad edilmiş Xankəndi və Şuşa şəhərlərinə səfərinə görə cənab Artur Gerasimova təşəkkür etmək istərdim.

 

Seçkilər nizam-intizamla və peşəkarlıqla keçirilib, milyonlarla Azərbaycan vətəndaşı ədalətli və şəffaf seçkilərdə öz konstitusion hüquqlarından istifadə edib. Seçici fəallığının 76,43 faizi qeydə alınıb ki, bu da əhalinin seçki prosesinə etimadını nümayiş etdirir. Seçici fəallığının yüksək olması həm də əhalinin seçki prosesində iştirakından xəbər verir.

 

Bundan əlaəvə, Prezident İlham Əliyev qalib Ali Baş Komandan kimi Azərbaycan xalqının böyük dəstəyini qazanıb və mütləq səs çoxluğu (səslərin 92,12 faizi) alıb. 

 

Bu inamlı qələbə həm də Azərbaycan xalqı tərəfindən sosial, siyasi və iqtisadi siyasətin uğurla həyata keçirilməsini davam etdirmək üçün ona verilən güclü razılığın və yenilənmiş mandatın təzahürüdür.

 

Sonda Azərbaycanda seçkiləri müşahidə etmiş iştirakçı dövlətlərin nümayəndə heyətlərinə təşəkkür etmək istərdim.

 

Mən 11-24 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək BMT-nin Beynəlxalq İqlim Konfransında - COP-29-da ATƏT PA-nın bütün nümayəndə heyətlərini Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirəm”,-deyə o qeyd edib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi