Modern.az

Fransanın siyasəti regionda sülh və təhlükəsizliyə zərər verəcək - Azay Quliyev

Fransanın siyasəti regionda sülh və təhlükəsizliyə zərər verəcək - Azay Quliyev

Aktual

23 Fevral 2024, 16:00

"Ukraynadakı müharibə bizə sülhün kövrəkliyini və beynəlxalq hüquq və prinsiplərə riayət etməyin vacibliyini xatırladır. Bununla birlikdə Avropanın təhlükəsizlik mənzərəsi hazırda mühüm çağırışlar və qeyri-müəyyənlik dövründən keçir. ATƏT-in üzvü olan Azərbaycan uzun müddətdir beynəlxalq hüququn əsas prinsiplərinin açıq-aşkar pozulmasından əziyyət çəkən, Qafqaz regionunda və onun hüdudlarından kənarda sülh və sabitliyin bərqərar olması üçün səy göstərən bir dövlət kimi təşkilatın prinsip və dəyərlərinə möhkəm sadiqdir”.

 

Modern.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü qış sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxışı zamanı deyib.

 

“ATƏT PA-nı Ermənistan və Azərbaycan arasında etimadın yaradılması səylərinə töhfə vermək üçün effektiv platforma kimi qəbul edirik, çünki mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi fürsət var.

 

Keçən ilin dekabrında Azərbaycan və Ermənistan COP-29 ilə bağlı qarşılıqlı kompromislərdən istifadə ediblər və eyni zamanda ikitərəfli razılaşma əsasında məhkum edilmiş hərbçilərin dəyişdirilməsi ikitərəfli danışıqların əlamətdar nəticəsi kimi qiymətləndirilməlidir.

 

Bütün səylər hər iki ölkənin sülh müqaviləsinin imzalanmasına nail olmağa təşviq etməyə yönəldilməlidir.

 

Təəssüflər olsun ki, Parlament Assambleyasında belə müsbət nümunələrlə yanaşı, Azərbaycana qarşı qarayaxma kampaniyasının da davam etdirildiyinin şahidi oluruq.

 

Burada xüsusilə fransalı parlamentari günahlandırır ki, guya Azərbaycanın Ermənistan ərazisi ilə bağlı tamamilə əsassız iddiaları və ya planları var.

 

Təsadüfi deyil ki, Fransa hökuməti cəmi iki gün əvvəl öz militarizasiya siyasətini yenidən təsdiqləyib və Ermənistanla yeni silah müqavilələri imzalayıb.

 

Fransanın bu cür siyasəti regionda onsuz da kövrək olan sülh və təhlükəsizliyə yalnız zərər verəcək və normallaşma prosesinə ciddi təsir göstərəcək. Ona görə də Fransa bu siyasətini dayandırılmalıdır,-deyə o vurğulayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi