Modern.az

Erməni hərbçini yoldaşı öldürüb

Erməni hərbçini yoldaşı öldürüb

Aktual

23 Fevral 2024, 16:36

Ermənistandakı yarımhərbi “Yerkrapa” Könüllüləri Birliyinin 40 yaşlı üzvü Qor Asatryanın fevralın 13-də ölüm xəbəri yayılmışdı.

Modern.az xəbər xəbər verir ki, hərbçinin ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 12-nə keçən gecə saat 00:05 radələrində G. Asatryanla T.K. arasında mübahisə baş verib.  T.K. çarpayıda uzanmış Asatryanın boyun nahiyəsinə güclü zərbə endirib, nəticədə sonuncu ağır  xəsarətlər alaraq ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Əldə edilmiş məlumatlara əsasən, T.K.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir.

Qeyd edək ki,  “Yerkrapa”nın könüllüləri Azərbayacanq arşı müharibədə iştirak ediblər. Onlar indi də sərhəddəki hərbi hissələrdə xidmət edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi