Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü fevralın 25-də başa çatacaq.
Bunu Modern.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O bildirib ki, ov icazələrinin verilməsi dayandırılacaq. Həmin tarixdən etibarən vətəndaşların ov etmələri qadağan olunur.
Xidmət rəisi ovla məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb:
“Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur".