Modern.az

Poltavada Xocalı soyqırımı qurbanları yad edildi

Poltavada Xocalı soyqırımı qurbanları yad edildi

Aktual

24 Fevral 2024, 00:48

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Ukraynanın Poltava şəhərində anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun təşkilatçılığı ilə Poltava Regional Kukla Teatrında keçirilən anım tədbirində Poltava Vilayət Hərbi Administrasiyasının, ali təhsil müəssisələrinin, Azərbaycan diasporunun, fəxri konsulluğun nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqə ehtiramla yad ediblər.

 

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı uzunmüddətli təcavüzü zamanı əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri Xocalı sakinlərinin soyqırımı olub. Xocalıda baş vermiş faciəli hadisələrlə bağlı faktlar təsirli şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər adi və təsadüfi əməl deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir.

 

Qeyd olunub ki, beynəlxalq birliyin ikili standartları nəticəsində dünya ictimaiyyəti Xocalıda baş verənlərə göz yumdu. Əgər Xocalı soyqırımına vaxtında lazımi hüquqi və siyasi qiymət verilsəydi, bəlkə də dünyada məlum olan başqa soyqırımları, zorakılıqlar baş verməzdi. Biz heç vaxt unutmamalıyıq ki, cəzasızlıq həmişə yeni qırğınlara, soyqırımlarına şərait yaradır.

 

Sonra çıxış edən Əfqan Salmanov Xocalı soyqırımının dəhşətlərindən danışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!