Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevə səfər edib.
Modern.az xəbər verir ki, bu haqda ukraynalı parlamentari Aleksey Qonçarenko Telegram kanalında bildirib.
Şənbə günü səhər saatlarında Qərb mediası İtaliyanın baş naziri Giorgia Meloni, Kanadanın baş naziri Castin Trüdo, Belçikanın baş naziri Aleksandr de Kroo, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ukraynanın paytaxtına gəldiyini xəbər veri.
Qonçarenko yazıb: “Boris Conson da Kiyevdədir”.
Ukrayna mediasının daha əvvəl xəbər verdiyi kimi, president Vladimir Zelenski fevralın 24-də İtaliyanın sədrliyi ilə keçiriləcək G7 ölkələri liderlərinin ilk onlayn görüşündə iştirak edəcək.