Modern.az

Ukrayna indi NATO-ya çox yaxındır - Baş katib

Ukrayna indi NATO-ya çox yaxındır - Baş katib

Aktual

24 Fevral 2024, 16:02

Ukrayna indi NATO-ya həmişəkindən daha yaxındır.

Modern.az xəbər verir ki, bu barədə ukraynalılara müraciəti zamanı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O qeyd edib ki, ölkənin Alyansa daxil olması artıq “əgər” yox, “nə vaxt” məsələsidir.

"Prezident Putin bu müharibəyə ona görə başladı ki, o, NATO-nun qapılarını bağlamaq və Ukraynanın öz yolunu seçmək hüququnu əlindən almaq istəyirdi. Amma o, bunun tam əksinə nail oldu. Ukrayna indi NATO-ya həmişəkindən daha yaxındır. Ukrayna NATO-ya üzv olacaq, bu, belədir. İndi söhbət “əgər” deyil, “nə vaxt”dır”, - Stoltenberq bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi