Modern.az

Türk Dövlətləri Təşkilatı Xocalı qurbanlarını yad edir

Türk Dövlətləri Təşkilatı Xocalı qurbanlarını yad edir

25 Fevral 2024, 21:36

Azərbaycan tarixində çox faciəvi hadisə olan Xocalı soyqırımının 32-ci ildönümüdür. Bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə hücumu zamanı baş verib.

 

Modern.az xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) “X” sosial şəbəkəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana dəstək paylaşımında yer alıb.

 

“Bu dəhşətli hadisə qəlbimizi dərindən sarsıdarkən, bu hücumda həyatını itirənlərin xatirəsini ehtiramla yad edir və qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq”, - təşkilat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər