Modern.az

Maşın qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanıldı

Maşın qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanıldı

Aktual

26 Fevral 2024, 10:12

Fevralın 24-də gecə saatlarında Buzovna qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə Nəsimi rayonu ərazisində avtomobillə saxlanılıb.

 

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər