Modern.az

54 kiloqram narkotik aşkarlanaraq götürüldü

54 kiloqram narkotik aşkarlanaraq götürüldü

26 Fevral 2024, 10:48

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də və 25-də ümumi çəkisi 53,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq alınıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 11 kiloqrama yaxın heroin, 41,6 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq tiryək və metamfetamin, həmçinin 240 metadon həbi olub.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər