Modern.az

ABŞ-də Xocalı soyqırımı ilə bağlı aksiya keçirildi - FOTO

ABŞ-də Xocalı soyqırımı ilə bağlı aksiya keçirildi - FOTO

26 Fevral 2024, 13:10

ABŞ-nin Vaşinqton, Nyu-York, Atlanta və Hyuston şəhərlərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar geniş məlumatlandırma aksiyası keçirilib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Dövlət Komitəsinin dəstəyi, Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Qarayevanın təşkilatçılığı ilə baş tutan aksiyada Xocalı həqiqətlərini əks etdirən ekran quraşdırılmış avtomobillər şəhərlərin izdihamlı mərkəzi küçələri boyunca hərəkət edib.

 

Ekranlarda Azərbaycan bayrağı, xəritəsi, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlər “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın!”, “Ermənistanın insanlığa qarşı cinayəti”, “Ermənistanın Xocalıdakı bir gecəlik soyqırımı”, “Azərbaycanlılar ədalət tələb edir!”, “Xocalını xatırla!”, “Biz xatırlayırıq!”, “Xocalı üçün dua et!”, “Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib” şüarları və müxtəlif çağırışlar ilə müşayiət olunub.

 

Məlumatlandırma aksiyası yerli ictimaiyyətin marağına səbəb olub.

 

Qeyd edək ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırma aksiyasının məqsədi yerli sakinlərin diqqətini Xocalı həqiqətlərinə çəkməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir