Modern.az

Hacıqabulda “Haqqın səsi” adlı anım mərasimi keçirilıb - FOTO

Hacıqabulda “Haqqın səsi” adlı anım mərasimi keçirilıb - FOTO

Aktual

26 Fevral 2024, 15:00

Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə Hacıqabul rayon Mədəniyyət Mərkəzində “Haqqın səsi” adlı anım mərasimi keçirilıb.

 

Modern.az xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.

 

Xocalı soyqırımına həsr olunmuş sənədli filmin nümayişi ilə başlayan mərasim Hacıqabul rayon mədəniyyət işçilərinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

Kompozisiyada 1992-ci il fevralın 26-da törədilmiş bu qanlı faciənin  Azərbaycan tarixində ən dəhşətli hadisələrdən biri olduğu göstərilmiş, eyni zamanda yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissi aşılanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi