Modern.az

Kölndə Xocalı soyqırımı qurbanları anılıb - VİDEO

Kölndə Xocalı soyqırımı qurbanları anılıb - VİDEO

26 Fevral 2024, 13:40

"İrkaz" cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlılar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

 

Modern.az xəbər verir ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhuna Qurani-Kərimdən dualar oxunub və Xocalı soyqırımı ilə bağlı nitqlər söyylənilib.

 

Köln Əhli-Beyt məscidinin axundu Hacı Mirbaqir Ağayev və digər ruhanilər Xocalı şəhidlərinin ruhlarına dualar oxuyublar.

 

Tədbirin rəsmi hissəsindən sonra şəhidlərin ruhuna ehsan verilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər