Modern.az

Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib - FOTO

Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib - FOTO

Aktual

26 Fevral 2024, 15:12

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Bakı şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

 

Erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri dəhşətli soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Bu il soyqırımı qurbanlarının xatirəsinin işğaldan azad edilmiş və separatçılardan tam təmizlənmiş Xocalı şəhərinin özündə də qeyd olunması dövlətimizin gücünün nümayişi, şəhidlərimizin xatirəsinə ehtiramın təcəssümüdür.

 

Xatırladaq ki, işğal dövründə Xocalıdan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Ötən müddətdə Xocalıdan olan 2494 ailə fərdi yaşayış evi və ya mənzillə təmin olunub. Goranboy rayonunda və Gəncə şəhərində onların yığcam şəkildə müvəqqəti məskunlaşması üçün qəsəbələr salınıb.

 

Hazırda işğaldan azad edilmiş Xocalı şəhərində bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində bu il, ilkin mərhələdə, 50 ailənin doğma şəhərə geri dönməsi və daimi məskunlaşdırılması nəzərdə tutulur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi