Modern.az

Monqolustanda 1,5 milyon mal-qara ÖLÜB

Monqolustanda 1,5 milyon mal-qara ÖLÜB

Aktual

26 Fevral 2024, 17:56

Monqolustanda kəskin soyuqlar və həddə artıq qar yağması 1,5 milyondan çox mal-qaranın tələf olması ilə nəticələnib.

 

Modern.az xəbər verir ki, bu barədə Monqolustan Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Məlumata görə, torpağın donması və otlaqların qarla örtülməsi səbəbindən mal-qara qida çatışmazlığı ilə üzləşib.

 

BMT-nin hesabatında yem çatışmazlığı və qiymətlərinin bahalaşması səbəbindən vəziyyətin daha da ağırlaşdığı vurğulanır.

 

Soyuqlar yerli əhali üçün də ciddi fəsadlar törədib. Güclü qar səbəbindən yolların bağlanması əhalinin sağlamlıq xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb.

 

Qeyd edək ki, dünyanın son köçəri ölkələrindən biri olan Monqolustan tez-tez güclü küləklər, qar və toz fırtınaları ilə müşayiət edilən sərt kontinental iqlimə malikdir. Ölkədə təxminən 64 milyon mal-qaranın olduğu təxmin edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi