Modern.az

Londonda anım abidəsi ziyarət olundu

Londonda anım abidəsi ziyarət olundu

27 Fevral 2024, 00:35

Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün anım abidəsi ziyarət olunub.

 

Bu barədə Modern.az-a Böyük Britaniyadakı səfirliyimizdən məlumat verilib.

 

Londonda yaşayan Azərbaycan icmasının üzvləri, Azərbaycanın Londondakı səfirliyinin əməkdaşları və Britaniyada təhsil alan tələbələr Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Londonda “Memorial Garden”in önündə toplaşıblar.

 

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olduqdan sonra, abidə önündə qərənfil gül dəstələri düzülüb.

 

Tədbirdə çıxış edən səfir Elin Süleymanov Xocalı Faciəsi qurbanlarının qanının müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev sayəsində yerdə qalmadığını, artıq Xocalı şəhəridə daxil olmaqla bütün Azərbaycan ərazisində şanlı bayrağımızın qürurla dalğalandığını bildirib.

 

London Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, iş adamı Şahin Vəlisoy və digər qonaqlar soyqırımı hadisəsi ilə bağlı fikirlərini bölüşmüşlər. Bütün tədbir iştirakçıları məşəqqətli illərdən keçən Azərbaycan xalqının bu gün rifaha çatdığını, cənab Prezident və qalib ordumuz sayəsində bütün dünyada başı uca təmsil olunduqlarını vurğulayıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!