Modern.az

Şabranda silah-sursat tapıldı

Şabranda silah-sursat tapıldı

Aktual

27 Fevral 2024, 07:54

Şabran rayonunda silah-sursat aşkarlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd tapança, 3 ədəd patron darağı, 3 ədəd əl qumbarası və 70 ədəd güllə aşkar edərək götürüblər.

 

Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər