Modern.az

Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı

Aktual

27 Fevral 2024, 09:16

Fevralın 26-da ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza