"Ukrayna prezidenti Vladimir Zelenski Ermənistana səfər etmək qərarına gəlsə, biz onu qəbul etməliyik, burada problem nədir?".
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasının fraksiyasından olan deputatı Qaqik Melkonyan jurnalistlərlə söhbətində deyib.
Rusiyanın bu səfərə necə reaksiya göstərəcəyilə bağlı suala Melkonyan belə cavab verib:
“Rusiyanın necə reaksiya verəcəyi və ya verməyəcəyi bizi maraqlandırmır, bu, onların işidir. Biz yalnız öz dövlətimizin maraqlarını düşünürük, yalnız ölkəmizin maraqlarını rəhbər tutmalıyıq”.
Qeyd edək ki, Zelenskinin Ermənistanın paytaxtına mart ayına planlaşdırılan səfəri ilə bağlı məlumat yayılıb.