Modern.az

Birləşən bələdiyyələr necə adlandırılacaq?

Birləşən bələdiyyələr necə adlandırılacaq?

Aktual

27 Fevral 2024, 13:24

Bələdiyyələrin birləşməsindən yaranan yeni bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olanın adına uyğun müəyyən ediləcək.

 

Modern.az xəbər verir ki, bu, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər