Modern.az

“Azərişıq” sədri Masallıda vətəndaşları qəbul edib - FOTO

“Azərişıq” sədri Masallıda vətəndaşları qəbul edib - FOTO

Aktual

27 Fevral 2024, 16:54

Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov fevralın 27-də Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

 

Modern.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Masallı rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

 

Cənub RETSİ-nin Masallı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

 

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

 

“Azərişıq” ASC-nin sədri Masallıda vətəndaşları qəbul edib - FOTO

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər