Modern.az

Bakı-İstanbul təyyarəsi Ankarada təcili eniş etdi

Bakı-İstanbul təyyarəsi Ankarada təcili eniş etdi

28 Fevral 2024, 11:28

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

 

Modern.az AZAL-a istinadən xəbər verir.

 

Məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər