Modern.az

İrandan Azərbaycana 43 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 43 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı

28 Fevral 2024, 12:20

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alıb.

 

Bu barədə Modern.az-a DSX-dən məlumat verilib.

 

Bildirilib ki, fevral ayının 26-da saat 19:40-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu