Modern.az

Kəndlərdə içməli su və kanalizasiya özəl şirkətlər tərəfindən qurulacaq

Kəndlərdə içməli su və kanalizasiya özəl şirkətlər tərəfindən qurulacaq

Aktual

28 Fevral 2024, 13:30

"Kəndlərlə əlaqəli layihə hazırlıyırıq. Bir çox kəndlərdə içməli suyun və kanalizasiya sisteminin özəl şirkətlər tərəfindən qurulması nəzərdə tutulur".

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

 

“Burada məqsəd özəl sektorun vasitəsilə xidmət verib, ödənişi almaqla insanların təmiz suya əlçatanlığı təmin emtəkdir. Bu həm də dövlətin üzərindən yükü azaltmaqdır. Dövlət həmin vəsaiti başqa yerlərdə istifadə edə bilər. Məqsədimiz özəl sektorun gətirəcəyi çevikliyi, effektivliyi və şəffaflığı daha yaxşı səviyyədə insanlara çatdırmaqdır",- deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi