Modern.az

Putin Rusiya-Azərbaycan strateji tərəfdaşlığından DANIŞDI

Putin Rusiya-Azərbaycan strateji tərəfdaşlığından DANIŞDI

Aktual

28 Fevral 2024, 16:07

Rusiya Prezidenti Vladimir Putin 12-ci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciət edib.

Modern.az Kremlin saytına istinadən xəbər verir ki, Putinin sözlərinə görə, regional əməkdaşlıq Rusiya-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin mühüm tərkib hissəsi olmaqla xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi imkanlarının genişləndirilməsinə böyük töhfə verir.

“Artıq yaxşı ənənəyə çevrilmiş müntəzəm görüşləriniz regionlararası əməkdaşlığın aktual məsələlərinə dair dövlət orqanlarının, ictimaiyyətin, elmi və işgüzar dairələrin nümayəndələri arasında birbaşa, maraqlı dialoqu təmin edir.

Forumun gündəliyi həmişə olduğu kimi, bu il də həcmli və mənalıdır. Sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafının müxtəlif aspektləri, kiçik və orta biznesin dəstəklənməsi, ətraf mühitin mühafizəsi üzrə birgə layihələrin həyata keçirilməsi diqqət mərkəzindədir.

Əminəm ki, sizin müzakirələr faydalı və konstruktiv olacaq, yeni perspektivli ideya və təşəbbüslərə əsas verəcəkdir”, - Putin vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi