Modern.az

Laçına yeni köçürülən ailələrə mənzillərinin açarları verildi - FOTO

Laçına yeni köçürülən ailələrə mənzillərinin açarları verildi - FOTO

28 Fevral 2024, 17:18

Fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb. Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən xəbərə görə, mərasimdə Komitə və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

 

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb.

 

Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində 211 ailə, 808 nəfərin daimi məskunlaşması təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir