Modern.az

Gəncədə dilənçilər SAXLANILDI

Gəncədə dilənçilər SAXLANILDI

28 Fevral 2024, 19:00

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-ın məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

 

Təbir zamanı ümumilikdə 20 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib. Qeyd edək ki, cari ilin fevral ayında keçirilən tədbirlər nəticəsində ümumilikdə 100 yaxın tüfeyli həyat tərzi keçirənlər və dilənçilər barəsində qanunamüvafiq tədbir görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu