Modern.az

Səfirimiz Taliban XİN rəhbərinin müavini ilə görüşdü

Səfirimiz Taliban XİN rəhbərinin müavini ilə görüşdü

28 Fevral 2024, 22:29

Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov Taliban xarici işlər nazirinin müavini Şirməhəmməd Abbas Stankəzai ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə nazir müavini Əfqanıstanın iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışdığını, balanslaşdırılmış və iqtisadi yönümlü siyasət yürütdüyünü, eləcə də bütün ölkələrlə yaxşı münasibətlərə maraqlı olduqlarını vurğulayıb.

 

Səfir İlham Məmmədov təhlükəsizliyin təmin edilməsi, iqtisadi tərəqqi və narkotiklərlə mübarizə sahəsində səyləri yüksək qiymətləndirib. Bununla yanaşı, Azərbaycanın Əfqanıstanla bu sahədə, eyni zamanda, mədəniyyət, iqtisadi və ticarət sahələrində əməkdaşlığa hazır olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər