Modern.az

Bakı ilə İrəvan arasında atılan hər bir addım vacibdir - Nazir

Bakı ilə İrəvan arasında atılan hər bir addım vacibdir - Nazir

29 Fevral 2024, 16:08

Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki hesabında Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə ikigünlük danışıqlara münasibət bildirərkən yazıb.

 

“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər bir addım vacibdir” , - paylaşımda qeyd olunub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər