Modern.az

SEPAH komandanı: “Qonşularımızla ortaq cəhətlərimiz çoxdur”

SEPAH komandanı: “Qonşularımızla ortaq cəhətlərimiz çoxdur”

29 Fevral 2024, 17:40

“İranın xarici siyasətinin əsasını qonşuları ilə əlaqələrin gücləndirilməsi, uyğun kommunikasiya magistrallarının yaradılması və faydalı mədəni, iqtisadi, siyasi əlaqələr təşkil edir”.


Modern.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Salami deyib.

Hüseyn Səlaminin sözlərinə görə, İran Şimalla Cənub, Şərqlə Qərb arasında əlaqənin qızıl nöqtəsidir və böyük üstünlüyə malikdir.

“Qonşularımızla ortaq cəhətlərimiz çoxdur. İranın əsas siyasəti qonşuları ilə əlaqələri gücləndirməkdir.

Biz güclü və inkişaf etmiş İranı, müasir və İslami İranı, iqtisadi, siyasi, mədəni və ticarət sahələrində inkişaf edən İranı qurmağa çalışırıq”, - deyə o vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu