Modern.az

COP29 prezidenti Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında

COP29 prezidenti Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında

29 Fevral 2024, 20:49

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında (UNEA-6) çıxış edib.

 

Modern.az xəbər verir ki, bu barədə COP-29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayılıb.

 

“COP29-un prezidenti Muxtar Babayev və komandası Nayrobidə keçirilən UNEA-6-da 179 ölkədən olan yüksək çinli qonaqlara qatılıb. Muxtar Babayev bəyanatında iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş çoxtərəfli səyləri vurğulayıb və Azərbaycanın Tərəflərin Konfransının uğurlu və konstruktiv keçirilməsinə sadiq olduğunu qeyd edib”, - paylaşımda deyilir.

 

Qeyd edək ki, UNEA-6 26 fevral - 1 mart tarixləri aralığında BMT-nin Ətraf Mühit Proqramının Nayrobidəki (Keniya) baş qərargahında keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi