Modern.az

Natiq Şirinov və Alim Qasımovun fantastik toy QİYMƏTLƏRİ

Natiq Şirinov və Alim Qasımovun fantastik toy QİYMƏTLƏRİ

29 Fevral 2024, 22:32

Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi “Natiq” ritm qrupunun toy qiymətlərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında paylaşım edib.

 

Nağara ustası Xalq artisti Alim Qasımovla bərabər məclislərə getdiyini bildirib.

 

Şirinovun çıxışı üçün fantastik qonorar tələb etməsi diqqətdən qaçmayıb.

 

Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir. N.Şirinov toyda açılış və aş gətirmə mərasimi üçün 15 nəfərlik musiqiçinin iştirakı ilə 10 min manat tələb edir.

 

Gəlin götürdü, açılış, aşgətirdi və yallı üçün musiqiçiyə 25 min manat, qavaldaşı üçün isə 17 min manat qonorar ödəməlisiniz.

 

Toyda Alim Qasımovun yer aldığı təqdirdə bu qiymət 30 min manata qədər yüksəlir. Qrupun “Premium paket” adlandırdığı xidmət isə, 45 min manat təşkil edir.

 

Xidmətə gəlingötürdü, N.Şirinov və A.Qasımovun iştirakı ilə açılış mərasimi, aşgətirdi və yallı daxildir.

 

Qeyd edək ki, Natiq Şirinov və Alim Qasımov eyni zamanda qudadırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi