Modern.az

Omskdan Bakıya uçuşlar başlayır

Omskdan Bakıya uçuşlar başlayır

1 Mart 2024, 09:06

Rusiyanın “İrAero” aviaşirkəti aprelin 2-dən Omskdan Bakıya reysə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Omsk hava limanının mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.

 

Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi