Modern.az

Yeni seçilmiş prezident and içdi

Yeni seçilmiş prezident and içdi

1 Mart 2024, 23:31

Martın 1-də Helsinkidə Finlandiyanın yeni seçilmiş prezidenti Aleksandr Stubbun andiçmə mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədov da iştirak edib.

 

Qısa söhbət zamanı səfir Azərbaycan Respublikası Prezidentinin təbriklərini Finlandiya Prezidentinə çatdırıb, ona ali dövləti vəzifədə uğurlar arzulayıb.

 

Mərasim çərçivəsində habelə Finlandiyanın sabiq Prezidenti Sauli Niinistöyə diplomatik korpus adından təşəkkür ifadə olunub. Səfir Zaur Əhmədov fəaliyyəti dövründə Azərbaycana dost münasibətinə görə Sauli Niinistöyə minnətdarlığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi