Modern.az

Azərbaycan və Şimali Kipr nazirləri görüşdü 

Azərbaycan və Şimali Kipr nazirləri görüşdü 

Aktual

2 Mart 2024, 21:19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.

 

"Şimali Kiprdən olan həmkarımla görüşməkdən məmnunam. Biz Türk Dövlətləri Təşkilatını əməkdaşlığın inkişafı üçün effektiv platforma kimi qeyd etdik", - paylaşımda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi