Modern.az

DSMF sədri infarkt keçirib? - Fonddan açıqlama

DSMF sədri infarkt keçirib? - Fonddan açıqlama

Aktual

3 Mart 2024, 15:46

Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirdiyi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. 

 

Modern.az xəbər verir ki, bu barədə DSMF-dən bildirilib.

 

Qeyd olunub ki, DSMF sədri İsveçrə Krallığında işgüzar səfərdə olub.

 

Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Bununla da DSMF BSTA-nın etibarlı və uzunmüddətli peşəkar tərəfdaşına çevrilib. DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi