Modern.az

Həftəsonu təhvil alınan və aşkarlanan silah-sursatın SAYI

Həftəsonu təhvil alınan və aşkarlanan silah-sursatın SAYI

Aktual

4 Mart 2024, 10:04

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 9 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

 

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 müxtəlif markalı tüfəng və 11 patron aşkar edilərək götürülüb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər