Modern.az

Nigar Camala qarşı dələduzluq

Nigar Camala qarşı dələduzluq

Aktual

4 Mart 2024, 10:13

Müğənni Nigar Camala qarşı dələduzluq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

 

Nigar Camal bildirib ki, Elşad Eldar oğlu Məmmədov adlı şəxs “TikTok”da sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb. Müğənninin sözlərinə görə, o, pərəstişkarlarını Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.

 

İddiaya görə, Nigarın sevənlərindən həm də şəklini istəyən Elşad Məmmədov daha sonra bu şəkilləri yaymaqla onları şantaj edib.

 

Müğənni fanatlarını bu şəxsdən gələn mesajlara cavab yazmamağa səsləyib.

 

1328828

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər