Modern.az

TÜRKPA-nın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

TÜRKPA-nın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Aktual

4 Mart 2024, 11:04

TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının 11-ci iclasının iştirakçıları martın 4-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Modern.az xəbər verir ki, iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib və məzarları üzərinə güllər düzüblər. Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olunub.

Qonaqlar “Türk şəhidliyi” abidəsini də ziyarət edib, Azərbaycanın suverenliyi uğrunda mübarizədə canlarından keçmiş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə tər güllər düzüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər